MSK iki partiya sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib


Digərləri 24 Fev 2018 16:14:37 148 0

MSK iki partiya sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezident seçkilərində iddiaçıların namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər komissiyaya təqdim edilib.

O, namizədlə bağlı məlumat verərək bildirib ki, namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var.

Daha sonra Azərbaycan Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu Məmmədovun namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

Sonra hər iki şəxsin namizədliyininin irəli sürülməsi təsdiqlənib.

Bundan başqa, hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.