Azərbaycana piyada gələn İran vətəndaşında tiryək aşkar edildi


Kriminal 24 Fev 2018 16:20:00 313 0

Azərbaycana piyada gələn İran vətəndaşında tiryək aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.