Keçmiş baş prokuror həbs edildi


Dünya 24 Fev 2018 16:00:00 233 0

Keçmiş baş prokuror həbs edildi

Özbəkistan Baş Prokurorluğu keçmiş baş prokuror Raşitjon Kadirov saxlanılıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, Raşitjon Kadirov rüşvətxorluq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri üzrə ittiham edilir.

Kadirov 2000-2015-ci illərdə Baş prokuror işləyib, sonra isə Konstitusiya məhkəməsinin hakimi seçilib (2015−2017).