Boksçumuz ən azı bürünc medalı təmin etdi


İdman 24 Fev 2018 15:34:00 274 0

Boksçumuz ən azı bürünc medalı təmin etdi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb. Goal.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib. 52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz 1/2 finalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.