Azərbaycana piyada gələn İran vətəndaşında tiryək aşkar edilib


Digərləri 24 Fev 2018 15:38:32 187 0

Azərbaycana piyada gələn İran vətəndaşında tiryək aşkar edilib

12,006 qram narkotik vasitə-tiryək aşkar edilib.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.