Salah: "Liverpool"la İngiltərə çempionu olmaq istəyirəm"


İdman 24 Fev 2018 15:17:00 260 0

Salah: "Liverpool"la İngiltərə çempionu olmaq istəyirəm"

"Liverpool"un yarımmüdafiəçisi Məhəmməd Salah Premyer Liqanın qalibi olmaq istədiyini açıqlayıb. Goal.az xəbər verir ki, misirli futbolçu buna "qırmızılar"ın heyətində nail olmaq arzusunda olduğunu qeyd edib.

"Bura titullar qazanmaq üçün gəlmişəm. Azarkeşlərə deyə bilərəm ki, uğur qazanmaq üçün var gücümüzlə çalışırıq. "Liverpool"un ölkə çempionu olmasından uzun zaman keçir. Mənim arzum bu klubda İngiltərə çempionu olmaqdır.

Bu cür usta komanda yoldaşlarımın olması işimi asanlaşdırır. Məni 5 il öncəki Salahla müqayisədə həm fiziki, həm psixoloji cəhətdən güclnmişəm. Hər gün daha yaxşı olmağa çalışıram. Təzyiqlər irəli getməyimə səbəb olur. Həyatımı futbola həsr etmişəm, yalnız bu barədə düşünürəm".