Reytinq savaşları: Bu aparıcılar efirdən getdilər


Şou-biznes 24 Fev 2018 15:02:00 278 0

Reytinq savaşları: Bu aparıcılar efirdən getdilər

Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Belə ki, Xəzər TV-də yayımlanan "Oyan Azərbaycan"ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

ARB telekanalında yayımlanan "Şənbə səhəri" verilişinin aparıcısı da dəyişdirilib.

Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.