Pol Poqba həmyerlilərini qabaqladı


İdman 24 Fev 2018 14:45:00 319 0

Pol Poqba həmyerlilərini qabaqladı

Fransanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb. Goal.az xəbər verir ki, siyahıya “Manchester United”in futbolçusu Pol Poqba başçılıq edir. 25 yaşlı yarımmüdafiəçinin ötən il gəliri 22,2 milyon avro təşkil edib. Bununla da Poqba siyahının əvvəlki lideri Toni Parkeri qabaqlayıb. Tanınmış basketbolçunun keçənilki gəliri isə 19,7 milyon avroya bərabərdir. Siyahıda ilk “üçlüy”ü “Atletico”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) tamamlayır.