Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB - 2


Sosial 24 Fev 2018 13:54:00 317 0

Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB - 2

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub.

Tovuz rayon Prokurorluğundan “Report”a verilən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

Məlumata görə, qətlə yetirilən Pakizə Mirzəyva Tovuz rayon Poliklinikasında uşaq həkimi işləyib. O, AFFA-nın məhrum prezidenti Ramiz Mirzəyevanın bacısıdır. 

Qeyd edək ki, R.Mirzəyevin oğlu Anar Mirzəyev isə fevralın 15-də Sabirabad rayonu ərazisində avtomobil qəzasına düşərək ölüb. 

*** 11:12

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb. 

FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyevanın yanaraq öldüyü məlum olub. 

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:21

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

***

Hadisə nəticəsində dünyasını dəyişənlər ev sahibi Fərman Məmmədov və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızıdır. 

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.