Azərbaycanlılar xaricdə mülk alırlar


Digərləri 24 Fev 2018 13:45:00 291 0

Azərbaycanlılar xaricdə mülk alırlar

2017-ci ildə xaricdə əmlaka maraq göstərən Azərbaycan vətəndaşlarının sayında artım baş verib. Həmyerlilərimiz müxtəlif ölkələrdə fərqli çeşidli əmlaklara vəsait yatırmaqdadırlar.  Əvvəlki illərlə müqayisədə əmlaka yatırım coğrafiyası və məqsədlər də dəyişib.

Son.az xəbər verir ki, Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri, xaricdə əmlak üzrə ixtisaslaşmış "New Europe Baku" rieltor şirkətinin direktoru Vəfadar Axundov fed.az-a bildirib ki, xarici ölkələrdə əmlak alan həmyerlilərimizin maraq göstərdiyi əsas istiqamətlər Türkiyə, Şimali Kipr və Avropa bazarı, eləcə də MDB ölkələrindən Rusiya və Ukraynadır.   Bordum, Antalya, Alanya...

Şirkət rəsmisi bildirib ki, ötən il Türkiyədən əmlak almaq üçün müraciətlərin və əmlak əldə edənlərin sayı 2016-cı illə müqayisədə artıb: "Azərbaycanlılar ənənəvi olaraq İstanbulla yanaşı, Antalya, Alanya, Budrum kimi kurort bölgələrində də yaşayış sahələri - evlər və mənzillər almağa maraq göstərirlər".

Türkiyədə əmlak alan həmyerlilərimizin məqsədləri fərqlidir. İstanbulda mənzil alıcıları, əsasən, burada təhsil alanların ailələri və İstanbula tez-tez səfər edənlərdir. Bu mənzillər təhsil alanların və ya səfər edənlərin yaşaması üçün alınır. Bir qism alıcı isə İstanbulda aldıqları əmlakları kirayə vermək üçün istifadə edirlər. Antalya, Alanya və Bodrumdan yaşayış sahələrini alanlar isə bunu yatırım, yəni sonradan kirayə vermək məqsədilə edirlər.

Mənzili kirayəçisi ilə birlikdə alırlar

Azərbaycanlıların maraq göstərdiyti əmlaklar əsasən qiyməti 100 min avroyadək olanlardır: "Məsələn, hazırda biz  müştərilərimiz üçün İstanbulda 90-100 min dollarlıq, Alanya da isə 50 min avroluq mənzillər axtarırıq".

Azərbaycan vətəndaşları Türkiyədə mənzilləri əsasən yeni tikilən yaşayış komplekslərindən alırlar.  Bu variantın üstünlüyü tikilinin təzə olması, bir neçə illiyə daxili kreditlə satılması, eləcə də tikinti şirkətinin evin icarəyə verilməsi ilə bağlı təminat verməsidir. Nəticədə alıcılar mənzili dərhal uzun müddətli icarəyə verə bilirlər. Yeri gəlmişkən, Türkiyədə əmlakların populyarlaşmasının səbəbi, bu ölkədə çəkilən serialların region ölkələrində populyar olmasıdır. Seriallar vasitəsilə Türkiyə həyatı ilə tanış olan - xüsusilə ərəb vətəndaşları, sonradan bu ölkəyə vəsait yatırırlar.

2017-ci ildə bazarın maraqlı yeniliklərindən biri azərbaycanlıların Şimali Kiprdə əmlakla maraqlanmasıdır. Ekspert bildirir ki, Kiprdə əmlaklar funt-sterlinqlə və uzunmüddətli faizsiz kreditlə satılır.  Amma ada dövləti olduğuna və müştəri axını böyük olmadığına görə, buradakı əmlaklar İstanbuldakı kimi gəlirli deyil.   Çoxdan tanınan bazar -  Rusiya, Ukrayna