Bakı yox,


Digərləri 24 Fev 2018 13:01:00 228 0

Bakı yox,

Bakı metropolitenində ən çox səslənən elanlardan biri "Hörmətli sərnişinlər! Qatara minəndə tələsin, qatardan enənlərə yol verin!"dir. Əfsuslar olsun ki, sərnişinlərin bir qismi özlərini ya amerika futbolunun hücumçuları, ya da düşmən qalasını almağa hazırlaşan yeniçərilər hesab edir və vaqonların qapısı açılan kimi "hucum"a keçirlər.

Bir çox sərnişin isə vaqonda, qapıların önündə meditasiya edir, qatara minənlər və düşənlərə yol vermirlər.

Fəqət, London metrosunda durum tam fərqlidir.

Son.az bildirir ki, londonluların "Tube" adlandırdıqları metropolitendə sərnişinlərin davranışını "Canary Wharf" stansiyasında dünən çəkilmiş bu foto tam səciyyələndirir.


Xəbərə aid fotolar