"Qəbələ" Bayıl səfərində, "Neftçi" "Zirə"yə qarşı


İdman 24 Fev 2018 12:51:00 265 0

"Qəbələ" Bayıl səfərində, "Neftçi" "Zirə"yə qarşı

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma baş tutacaq. 

Açılış matçı debütant “Səbail” ilə ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” arasında olacaq. Bu kollektivlər cari mövsümdə 5-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmalardan 2-si Premyer Liqa, 2-si isə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində olub. Bütün görüşlərdə rəqibini üstələyən qonaqlar hazırda 35 xalla 2-ci, meydan sahibləri isə 14 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər oyunu “Neftçi” və “Zirə” komandaları arasında olacaq. “Qartallar”ın 31 xalla 3-cü, “ağ-qaralar”ın isə 19 xalla 5-ci sırada olmaları öz yerində, “Zirə” “Neftçi” üçün ən arzuolunmaz rəqibdir. Ölkənin ən qocaman komandası heç vaxt ölkə çempionatlarında bu rəqibi məğlub edə bilməyib. Zirəlilər əvvəlki 10 oyundan 8-də qalib gəlib.

“Neftçi” üçün yeganə müsbət məqam cari mövsümdə Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”ni mübarizədən kənarlaşdırmasıdır (0:1, 2:0). Ancaq bakılılar avrokuboka düşmək üçün çempionat varinatını da gözardı etməməlidirlər.

Topaz Premyer Liqası, 17-ci tur

24 fevral

Səbail - Qəbələ

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Bakı. “Bayıl Arena”, 16:00

 

Neftçi - Zirə

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Murad Məmmədov

Bakı. 8-ci km stadionu, 18:00