Ukrayna XİN: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatı münasibətləri möhkəmləndirəcək


Digərləri 24 Fev 2018 12:36:00 184 0

Ukrayna XİN: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatı münasibətləri möhkəmləndirəcək

Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək.

Bakı. Ləman Zeynalova - Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək. Bu barədə Trend-ə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Nazirlikdən bildirilib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır: "Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək və Azərbaycan və Türkiyənin digər üçtərəfli əməkdaşlıq formatlarında uğurla reallaşdırdığı layihələrə analoji olaraq qarşılıqlı faydalı layihələrin işlənib hazırlanmasına imkan verən platforma olacaq". Qeyd edək ki, bundan öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev martın 6-da Bakıda Azərbaycan-Ukrayna-Türkiyə formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin