Viran qalan Quta: dinc insanlara divan tutulur VİDEO FOTO


Digərləri 24 Fev 2018 12:25:00 268 0

Viran qalan Quta: dinc insanlara divan tutulur  VİDEO  FOTO

Bir zamanlar Suriya paytaxtı Dəşəqin çiçəklənən və gözəl həndəvəri olan Quta son illərdə yaşam üçün ən təhlükəli məkanlardan birinə çevrilib. Qutanın şərqi isə 5 ildir ki, Suriya prezidenti Bəşər Əsədə müxalif qüvvələrin "alınmaz qala"sıdır,

Son.az Al Jazeera-ya istinadən bildirir ki, fevralın 4-də Rusiya aviasiyasının dəstəyi ilə Əsəd qoşunları Şərqi Qutaya hücuma keçiblər. Bu məkan amansızcasına bombalanır, aviasiya və artilleriya zərbələrinə məruz qalır.

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd əl Hüseynin dediyinə görə, son 20 gündə bombardmanlarda ən azı 346 dinc sakin həlak olub, 878 nəfər yaralanıb.

Şərqi Qutanın 400 min sakini Əsəd qoşunlarının mühasirəsindədir.

Bu məkana gedən, ərzaq və dərmanın daşındığı yolların əksəriyyəti bağlanıb. Yerli sakinlər indi, sadəcə, Dəməşqin razılığı ilə daşınan rəsmi humanitar yardımlara bel bağlaya bilərlər.