Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb (ÖZƏL)


Digərləri 24 Fev 2018 12:22:26 240 0

Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb (ÖZƏL)

Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb.

Bakı. Ləman Zeynalova – Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan qaz interkonnektoru layihəsinə (IGB) 17 milyon avro həcmində investisiya qoyulub. Bu barədə Trend-ə özəl açıqlamasında ICGB AD (layihənin operatoru) şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib. O qeyd edib ki, bu məbləğ layihənin səhmdarı – “Bulgarian Energy Holding EAD” və “IGI Poseidon S.A”. tərəfindən yatırılıb. Xanım T.Georgiyeva əlavə edib ki, layihə üçün lazım olan məbləğin qalan hissəsi qrant və borclar hesabına ödəniləcək: “Layihənin ümumi investisiya dəyəri 240 milyon avro (əlavə dəyər vergisi olmadan) təşkil edir. Bunun təqribən 220 milyon avrosu kapital xərcləri, 20 milyon avro isə layihənin işlənib hazırlanması dəyəridir”.