İstirahət gününün hava proqnozu: Bakıda 10 dərəcəyədək isti olacaq


Digərləri 24 Fev 2018 12:05:00 208 0

İstirahət gününün hava proqnozu: Bakıda 10 dərəcəyədək isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət gününün hava proqnozunu açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət gününün hava proqnozunu açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.