Bakıda "senator"lar müzakirəyə başladılar


Digərləri 24 Fev 2018 11:59:19 195 0

Bakıda "senator"lar müzakirəyə başladılar

Bu gün Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin İdarə Heyəti Amerika Birləşmiş Ştatları Senatının Modeli konfrası keçirilib.

Bakı. İlhamə İsabalayeva – Bu gün Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin İdarə Heyəti Amerika Birləşmiş Ştatları Senatının Modeli konfrası keçirilib. Trend-in məlumatına görə, “Nüvə təhdidi:Şimali Koreya” mövzusunda simulyasiya konfransında iştirak etmək üçün çoxsaylı müraciətlər arasından 50 ştatı (27 respublikaçı, 22 demokrat, 1 müstəqil) təmsil etmək üçün 50 iştirakçı seçilib. Təşklilatçılar hər iştirakçıya təmsil etmək üçün 1 “senator” müəyyən ediblər. “Senator”lar 3 gün ərzində məruzə sessiyalarına qatılacaq, komitədə qanunvericliyi müəyyənləşdirəcək, partiya müzakirələrində iştirak edəcək, öz ştatlarında olan insanları təmsil edəcək və təyin edilmiş senatoru mümkün qədər dəqiq təsvir edəcəklər. Konfransın sonunda senatorların mövzusunun həllində bir qanun layihəsi qəbul etmələri gözlənilir. Seçilmiş iştirakçıların əskəriyyəti bakalavr tələbələridir, lakin bir sıra orta məktəb şagirdləri, magistr tələbələri və elmi doktor adını almış şəxslər də konfransda iştirak edirlər. Konfrans zamanı iştirakçılar ABŞ senatoru olmadığn öhdəliyini hiss edəcək və ölkənin qanunveici sistemini daha yaxşı başa düşəcəklər. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Senat Modeli (MUSS) abş Senatinin qanunverici prosesini simulyasiya etmək üçün bir platformadır. Bu proqram ABŞ hökumətindəki qanunvericilik prosesinə dair iştirakçıların anlayışlarını yaxşılaşdırmaq və onların siyası iştirakını təşviq etmək üçün bir proqramdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin