"Gözləyirəm oğlum ölsün, çünki ən azından cənnətdə ac qalmayacaq" VİDEO FOTO


Dünya 24 Fev 2018 11:15:00 301 0

"Gözləyirəm oğlum ölsün, çünki ən azından cənnətdə ac qalmayacaq"  VİDEO  FOTO

Suriyanın Quta vilayətinin Əsəd qüvvələri tərərfindən bombardman edilməsi nəticəsində ölənlərin sayının 300 nəfərə çatdığı deyilir.

Son.az bildirir ki, BBC-nin reportyorları 393,000 nəfərin yaşadığı, bombardman edilən Şərqi Qutadan reportaj hazırlayıblar. 

Videoda bombardman edilən evlər, küçələr, xəstəxanadan görüntülər, yerə düzülən cəsədlər və uşaqların qorxu içərisində çığırması əks olunub.

Son.az videoda yazılan sözləri Azərbaycan dilinə tərcümə edib:

Bunlar Noor və Alanadırlar. Onların evinə hava zərbələri endirilib.

Uşaqlar: "Hərbi təyyarələr bizim evimizi bombalayıb. Bizi qoruyun"

Şərqi Qutadanın təxminən 400 minə yaxın əhalisi var. Şərqi Quta İngiltərənin Mançester şəhəri boydadır.

Hökümət qüvvələri amasızdır.


Xəbərə aid fotolar