Dünyanın ən hündür binası tikilir VİDEO FOTO


Digərləri 24 Fev 2018 11:20:00 296 0

Dünyanın ən hündür binası tikilir  VİDEO  FOTO

Səudiyyə Ərəbistanında dünyanın ən hündür binası inşa olunur.

"Jeddah Tower" və ya "Bürc əl Məmləkə" adlanan bu bina Ciddə şəhərindən 32 km şimaldadır.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, 1007 metr yüksəkliyə malik, 252 mərtəbədən ibarət bina 80 min insanın yaşayacağı "Kingdom Center" adlı yeni yaşayış massivinin mərkəzi olacaq.

Qırmızı dənizin sahilindəki layihənin ümumi dəyəri 75 milyard səudi rialı, yəni 20 milyard dollardır.

Binanın layihəsi Edrian Smitin memarlıq bürosuna məxsusdur.

"Jeddah Tower"in 150-ci mərtəbəsində 30 metr diametrli "Səma ekyvanı" olacaq.