Tovuzda ərarvad faciəvi şəkildə öldü


Digərləri 24 Fev 2018 10:57:00 259 0

Tovuzda ərarvad faciəvi şəkildə öldü

Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir.