Avropa Liqasında həftənin ən yaxşısı müəyyənləşib


İdman 24 Fev 2018 10:49:00 246 0

Avropa Liqasında həftənin ən yaxşısı müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Goal.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə 49% səs toplayan "Lazio"nun hücumçusu Çiro İmmobile birinci olub. İtalyan hücumçu "Steaua"nın qapısına 3 qol vurması ilə yadda qalmışdı. Fabio Borini ("Milan", 32%), Kevin Qameyro ("Atletico", 15%) və Ziotr Zelinski ("Napoli", 4%) sonrakı yerlərdə qərarlaşıb.

İmmobile Avropa Liqasında het-trikə imza atan ilk italiyalı oyunçudur. Turnir UEFA Kuboku adlanan zamanda Luka Toni "Bayern Munchen" - "Aris" matçında qonaqların qapısından 3 top keçirmişdi.