Azərbaycanda idmançı qollarını doğradı


Kriminal 24 Fev 2018 10:05:00 262 0

Azərbaycanda idmançı qollarını doğradı

Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi, hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.