"Spartak"ın vitse-prezidenti: "Sənə hücum edirlərsə, müdafiə olunmalısan"


İdman 24 Fev 2018 09:44:00 291 0

"Spartak"ın vitse-prezidenti: "Sənə hücum edirlərsə, müdafiə olunmalısan"

"Spartak"ın vitse-prezidenti Nail İsmayılov Avropa Liqasının 1/16 final mərhələsində "Athletic"lə səfər oyunu öncəsi baş verən xoşagəlməz hadisələrə dair fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, 41 yaşlı funksioner təxribatla üzləşdiklərini bildirib. Qeyd edək ki, İspaniyada azarkeşlər arasındakı toqquşmada 1 polis əməkdaşı həyatını itirmişdi.

"Əvvəldən bilirdik ki, bizi Bilbaoda yaxşı qarşılamayacaqlar. İlk öncə mediada "Spartak" azarkeşləri haqqında uydurulmuş qəddrarlıqlar ortaya çıxdı, sonra yerli radikal qrupların yürüşləri və təhlükəsizlik tədbirlərinin nümayişkaranə formada gücləndirilməsi. Bilbaoda təxribatların olacağını təxmin edirdik. Əlbəttə, sənə hücum edirlərsə, müdafiə olunmalısan. Baş verənləri diqqətlə araşdırmaq lazımdır. moskvada Çempionlar Liqası və Avroliqa oyunlarının necə keçdiyinə də baxın. Bütün oyunlar qonaqpərvərlik, təhlükəsizlik və azarkeşlər üçün komfort şəraitdə baş tutub".