BMTdə Suriya ilə bağlı səsvermə keçiriləcək


Dünya 24 Fev 2018 08:53:00 247 0

BMTdə Suriya ilə bağlı səsvermə keçiriləcək

BMT Təhlükəsizlik Şurasında Suriyada atəşkəsin tədbiq olunmasına dair qətnamə üzrə səsvermənin fevralın 24-də keçiriləcəyi planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl Oteybi Təhlükəsizlik Şurasında məsləhətləşmələrin nəticəsinə əsasən məlumat verib.

"Səsvermə fevralın 24-də günorta baş tutacaq", - deyə o bildirib.