Hülusi Kılıç Moldovada diplomatik missiyasını başa vurur FOTO


Digərləri 24 Fev 2018 08:58:00 338 0

Hülusi Kılıç Moldovada diplomatik missiyasını başa vurur  FOTO

Moldova prezidenti sabiq səfiri Şərəf ordeni ilə təltif edib

Türkiyənin Azərbaycandakı sabiq, Moldovada isə hazırki səfiri Hülusi Kılıç bu ölkədə diplomatik missiyasının başa vurur.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə səfir özünün "Facebook" səhifəsində yazıb.

"Dövlətimə 40 illik xidmətimdən sonra həyatımda yeni mərhələyə qədəm qoyuram. Artıq təqaüdçiyəm və həyatımda ikinci bahar başlayır. Bu vəzifəni layiqincə yerinə yetirmiş olduğum üçün çox xoşbəxtəm və qürur duyuram", - deyə diplomat qeyd edib.

H. Kılıç əlavə edib ki, Moldovanın dövlət orqanlarında bir sıra görüşlər keçirəndən sonra bu ayın sonunda ölkəni tərk edəcək.


Xəbərə aid fotolar