“Apple” istifadəçilərə daha yaxşı yatmaqda kömək edəcək


Digərləri 24 Fev 2018 08:45:00 213 0

“Apple” istifadəçilərə daha yaxşı yatmaqda kömək edəcək

ABŞ-ın "Apple" şirkətinin tərtibatçıları bildiriblər ki, yaxın zamanlarda yeni "Ağıllı" zəngli saat tərtibatını təqdim edəcəklər.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu "ağıllı" zəngli saat öz sahibinin yuxusuna nəzarət edəcək. Artıq bu tərtibatın ilkin şəkilləri şəbəkədə yayılıb.

Belə ki, yeni zəngli saat istifadəçinin orqanizmindən çıxan siqnalları tanıya biləcək və onun nə zaman böyrü üstə dönməli olduğunu müəyyən edəcək. Bundan başqa, "ağıllı" cihazın ekranında insan yuxusunun fazası və onun nəfəs alma tezliyi göstəriləcək. Mahiyyətcə onun funksiyaları məhdudlaşmayacaq. Tərtibatçılar ora bir çox başqa seçimlər də əlavə edəcəklər.