Polşada polis sərxoş əcnəbilərə atəş açıb,


Dünya 24 Fev 2018 08:30:00 348 0

Polşada polis sərxoş əcnəbilərə atəş açıb,

Polşanın Zqeş şəhərində Ukrayna və Gürcüstan vətədaşlarından ibarət qrup polis əməkdaşlarına hücum edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Dziennik Lozki" xəbər verib.

Xəbərdə bildirilir ki, polis əməkdaşları küçədə patrul xidməti zamanı sərxoş insanları görüblər. Asayiş keşikçiləri onları sakitləşdirməyə cəhd edərək, sənədlərini təqdim etmələrini xahiş ediblər. Bu zaman sərxoş əcnəbilər polis əməkdaşlarını daşa basmağa başlayıblar.

Patrul əməkdaşları əvvəlcə havaya, sonra isə sərxoşlara atəş açıblar.