Smartfonlar üçün yeni çip yaradılıb


Digərləri 24 Fev 2018 08:31:00 244 0

Smartfonlar üçün yeni çip yaradılıb

"Qualcomm" şirkəti Barselonada keçiriləcək "Mobile World Congress 2018" (MWC) sərgisi ərəfəsində qabaqcıl "WCN3998" simsiz rabitə çipini nümayiş etdirib.   Son.az ICTnews-a istinadən bildirir ki,  şirkət çipi  smartfon və digər kompüter qurğuları, o cümlədən noutbuk, planşet və hibrid noutbuklar üçün "Wi-Fi 802.11ax" standartını dəstəkləyən ilk inteqrasiya olunmuş həll kimi qələmə verir.     Məlumata görə, yeni "Wi-Fi 802.11ax" standartı "802.11ac Wave-2" standartı ilə müqayisədə simsiz şəbəkənin yüklənmiş efir şəraitində spektral effektivliyini yaxşılaşdıracaq və nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.     "Wi-Fi 802.11ax" prosessorunun daha bir vacib üstünlüyü yüksək enerji effektivliyindən ibarətdir. Belə ki, enerji sərfiyyatının əvvəlki nəsil həllərlə müqayisədə 67 faiz azalacağı bildirilir.   "WCN3998" çipi "WPA3" simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Protokol məlumatların fərdiləşdirilmiş şifrləməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyur.   Yeni "Qualcomm" məhsulu, həmçinin "Bluetooth 5.1" simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.   "WCN3998" prosessorunun sınaq tədarüklərinə bu ilin ikinci rübündə başlamaq nəzərdə tutulur.