Facebookda ZD yeniliyi


Digərləri 24 Fev 2018 08:21:00 218 0

Facebookda ZD yeniliyi

"Facebook" sosial şəbəkəsi indi "glTF 2.0" formatını dəstəkləyir ki, bu, sözügedən şəbəkənin istifadəçilərinə öz xəbər lentlərində "3D" obyektləri dərc etməyə imkan verəcək.   "Yaxın vaxtlarda insanlara rəqəmli obyekti hər bir tərəfdən görməyə və "Facebook"un xəbər xəttində onunla qarşılıqlı əlaqədə olmağa imkan verəcək "3D" postları tətbiq etmişik. Belə postlar toxunuşa dərhal reaksiya verir və məzmunun ekrandan kənara çıxmasına imkan verir" - şirkətin rəsmi saytında bu barədə bildirilib.   Son.az ICTnews-a istinadən bildirir ki, istifadəçilər təsviri "maus"un sol düyməsi və ya barmaqla tutub saxlayaraq onu fırlada bilərlər. "3D" postları teksturaların görünüşünü, işıqlandırma sazlamalarını və obyektin renderini dəstəkləyir.   "Facebook" "3D" obyektlərin tətbiqi üçün, həmçinin başqa şirkətlərlə əməkdaşlıq edir. Məsələn, indi istifadəçilər "Xperia XZ1" telefonunda "Sony" şirkətinin "3D Creator" proqramı vasitəsilə düzəldilmiş "3D xatirələri"ni paylaşa bilər.