Bill Geyts məşhur serialda rol alacaq


Digərləri 24 Fev 2018 08:25:00 318 0

Bill Geyts məşhur serialda rol alacaq

"Microsoft"un yaradıcısı, məşhur iş adamı Bill Geyts "Böyük partlayış nəzəriyyəsi" ("The Big Bang Theory") serialına çəkiləcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, B. Geyts "qonaq ulduz" qismində serialda rol alacaq. Onun iştirakı ilə çəkiləcək epizodun premyerası mart ayında keçiriləcək.

B. Geyts daha əvvəl də seriallarda çəkilib. 2001-ci ildə o, "Freyzer" sitkomunda özünü oynayıb.