Dünyanın ən innovativ şirkətinin adı açıqlandı


Digərləri 24 Fev 2018 08:15:00 327 0

Dünyanın ən innovativ şirkətinin adı açıqlandı

"Apple" şirkəti dünyanın ən innovativ şirkəti elan olunub.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu qənaətə məşhur "Fast Company" nəşrinin mütəxəssisləri gəlib.

Onların sözlərinə görə, "Apple" inqilabi texnologiyalarla təchiz olunmuş qacetlər buraxmağa və rəqibləri ilə müqayisədə əhəmiyyətli texnoloji inkişafa imza atmağa nail olub. Naqilsiz "AirPods" qulaqcıqlarının və "iPhone X"un buraxılışı, əlavə reallıq sahəsindəki "ARKit" platforması isə qabaqcıl texnologiyalar sahəsində ciddi tərəqqi kimi qiymətləndirilib.