Bezos yenə varlandı


Digərləri 24 Fev 2018 08:05:00 276 0

Bezos yenə varlandı

"Amazon" online riteylerinin yaradıcısı və sahibi Ceff Bezos şirkət səhmlərinin qiymətinin ilk dəfə olaraq 1,5 min dolları ötməsindən sonra daha 1,15 milyard dollar zənginləşib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Billionaries İndex"in məlumatında deyilir.

Fevralın 21-də birjada aparılan ticarətin yekunlarına əsasən "Amazon"un səhmləri 1% bahalaşaraq 1482,92 dollar təşkil edib. Ticarət sessiyası zamanı səhmlərin dəyəri 1503,49 dollara da çataraq ilk dəfə olaraq 1,5 min dolları keçib. İlin əvvəlindən bəri "Amazon"un səhmlərinin dəyərindəki artım 26,5% təşkil edib.

Səhmlərin bahalaşmasından sonra C. Bezosun sərvəti 124 milyard dollara çatıb və o, "Bloomberg"in milyarderlər siyahısında liderliyini möhkəmləndirib. "Microsoft"un yaradıcısı Bill Geyts 91,6 milyardlıq sərvəti ilə 2-ci sırada, investor Uorren Baffet 86,2 milyardla 3-cü sıradadır.