Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib


Digərləri 23 Fev 2018 22:53:00 190 0

Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib

Muxtar Abseynov dünya klassik bəstəkarlarının əsərlərini ifa edib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib. Trend-in məlumatına görə, gecədə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin fortepiano ixtisası üzrə magistraturasının 1-ci kurs tələbəsi Muxtar Abseynov dünya klassik bəstəkarlarından İ.S.Baxın, V.A, Motsartın, F.Şopenin, Azərbaycan bəstəkarlarından A.Bəbirovun əsərlərini ifa edib.