Somalidə baş vermiş partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB


Dünya 24 Fev 2018 01:02:00 301 0

Somalidə baş vermiş partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB

Dünən Moqadişoda iki avtomobil partladılıb

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışlarda ölənlərin sayı 21 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ölənlərin sayının artacağı istisna olunmur. Qeyd edilir ki, partlayış zamanı daha 20 nəfər xəsarət alıb. 

Qeyd edək ki, dünən Moqadişoda iki avtomobil partladılıb. Bundan sonra isə atışma başlayıb.

***21:54

Somalidə baş vermiş iki partlayışda 18 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" tibb işçilərinə istinadən məlumat yayıb.

Hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, Moqadişoda iki avtomobil partladılıb. Bundan sonra isə atışma başlayıb.

"18 nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - deyə həkimlər bildirib.