Uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq


Digərləri 24 Fev 2018 00:39:42 273 0

Uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral saat 15:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq. Trend-in məlumatına görə, tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr – studiyası tərəfindən hazırlanıb.