Dünyanın ən soyuq kəndi: 71 dərəcə FOTO


Digərləri 23 Fev 2018 23:54:00 307 0

Dünyanın ən soyuq kəndi: 71 dərəcə  FOTO

Yeni Zelandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq bölgəsinin şəkillərini çəkmək qərarına gəlib.

Rusiyanın şimal qütb ərazilərindən 350 kilometr cənubunda yerləşən Oymyakon kəndi dünyada yaşayış olan ən soyuq ərazi hesab olunur.

1926-ci ildə şimal yarımkürəsində ən aşağı temperatur -71,2 dərəcə məhz bu kənddə qeydə alınıb.

Son.az xəbər verir ki, kənddə heç bir tərəvəz, bitki məhsulları yoxdur. Marketlərdə yalnız balıq və ət məhsulları tapmaq olar. Temperaturun -48 dərəcəyə çatdığı kənddə donmuş balıqlar sıra ilə yan-yana düzülür. Günəş şüalarının çox çətinliklə qalın dumanla örtülmüş bulud təbəqəsini dələrək düşdüyü kənddə 500 nəfərə qədər əhali yaşayır.

Regionda avtomobillər yalnız qarajlarda işləyir. Qarajdan kənara çıxan vasitələr isə dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər. Çünki dayanan kimi donurlar. Onları yenidən işlək vəziyyətə qaytarmaq isə çox çətin məsələdir.

Rusiyanın şimal qütbünə ən yaxın kənd olan Oymyakon iqlimindən fərqli olaraq "Donmayan Su" mənasını verir. Deyilənə görə, 1930-cu illərə qədər maral sürüləri su ehtiyaclarını qarşılamaq üçün məhz bu kəndə enirlərmiş.