Fasiləsiz zəhərlənmələr qara ciyər piylənməsinin əsas səbəblərindəndir


Digərləri 23 Fev 2018 23:45:00 344 0

Fasiləsiz zəhərlənmələr qara ciyər piylənməsinin əsas səbəblərindəndir

Qara ciyər piylənməsinin səbəbi bu orqanda yığılan piylərdir. Piylənmənin yüngül və yaxud ağır formada olduğunu ultrasəs müayinəsi (USM) zamanı vizual görmək olur. Adətən müayinə zamanı qara ciyərin piylənməsi və yaxud qara ciyərin piy distrofiyası olması müəyyənləşir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov universitetin mətbuat xidmətinə bildirib.