Mart ayının əsas trendi NƏNƏSAYAĞI JAKETLƏR FOTO


Digərləri 23 Fev 2018 23:48:00 377 0

Mart ayının əsas trendi  NƏNƏSAYAĞI JAKETLƏR  FOTO

Uzun, qalın və enli jaketlər mart ayının trendi olacaq.

Son.az xəbər verir ki, nənəsayağı jaketlər yaz qarderobunun əsas bəzəyi olmağa hazırlaşır. Daha çox payız aylarında üstünlük verdiyimiz jaketlər 2018-ci ilin əvvəllərində bizi keçmişə aparacaq. Yaşlı nənələrin daha çox bəyəndiyi işləməli, əlvan naxışlı, daşlı, düyməli, yaxud toqqalı v' yun saplardan hörülmüş jaketləri sandıqlardan çıxartmağa hazır olun. Keçmişdə "Geyinmərəm" dediyimiz nənəsayağı jaketlər indidən bir çox dəb blogerlərinin ürəyinə yol tapıb. Hazırda böyük düyməli və boş modellər daha aktualdır.

Nənəsayağı obrazlar şıqlıq və dəbdən uzaq olsa da, boş jaketlərin dar cinslər və qələm yubkalarla vəhdəti olduqca effektli görünür. Belə mükəmməl uyğunluğa laqeyd qalmaq mümkün deyil. Əgər jaketin sıxıcı təsirini azaltmaq istəyirsinizsə, onda yaxasına bəzəkli sancaqlar əlavə edin. Bununla dəstinizə retro havası qatmış olacaqsınız.