SOS Belə uşaqlar oğurluğa meylli olur


Digərləri 23 Fev 2018 23:21:00 294 0

SOS  Belə uşaqlar oğurluğa meylli olur

Ailədə uşağın tərbiyəsi çox önəmlidir. Təbii ki, zaman-zaman ailədə baş verən problemlər, uşaqlara kifayət qədər vaxt ayrılmaması, onlara nəzarətin azalması müəyyən dövrdə özünü büruzə verir. Bəzən isə bunun nəticələrinin çox ağır olduğunun şahidi oluruq.

Araşdırmalara görə, dünyada daha çox yəhudi xalqı öz övladlarına zaman ayırır. Bu xalqın nümayəndələri övladlarına qarşı xüsusi həssaslıqla yanaşır, onların tərbiyəsi ilə hələ erkən yaşlarda məşğul olmağa başlayır. Xüsusən də yəhudi analar övladları ilə çox zaman keçirir. Nəticədə bu cür şəraitdə böyüyən uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğur qazanır.

Bəs övladlarımıza necə nəzarət edək, tərbiyələndirək? Son.az bildirir ki, mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli musavat.com-a danışıb: "Hazırda apardığım müşahidələrə görə, valideynlərin öz uşaqlarından şikayət etməsinin əsasında düzgün tərbiyənin olmaması durur. Tərbiyənin özündə müəyyən qədər axsama var, bu anlayışı doğru anlamırlar. Çünki bildiyiniz kimi, adətən "tərbiyəli" və yaxud "tərbiyəsiz uşaq" sözlərindən istifadə edilir. Bu sözdən istifadə edilməsinin özü bir səhvdir. Bir insanı terrorist, oğru, cinayətkar kimi və yaxud hansısa peşəyə yiyələnmək üçün tərbiyələndirmək olar. Yəni bu, neqativ və ya pozitiv ola bilər. Lakin biz tərbiyə sözünü ancaq pozitiv anlayırıq.

Mənə ünvanlanan şikayətlər əsasən bundan ibarət olur - niyə mənim uşağım əsəbidir, sözə qulaq asmır, yalan danışır?