Ürəyi qoruyur, yuxusuzluğu aradan qaldırır...


Digərləri 23 Fev 2018 23:15:00 253 0

Ürəyi qoruyur, yuxusuzluğu aradan qaldırır...

Zəngin qida qaynağı olan kivi qüsursuz bir C vitaminidir. Həmçinin A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium baxımından da zəngindir. Son.az ailem.az-a istinadən kivinin saymaqla bitməyən faydalarını təqdim edir.

Asma müalicəsinə kömək edir

Kivi xırıltı nəfəs və öskürək kimi asma simptomlarının yüngülləşməsinə kömək edir. Kividə olan C vitamini və antioksidantlar asma müalicəsində kömək olur. C vitamini bronxokonstriksiyona qatılan histamin və prostaqlandinlərin metabolizmasına qatılaraq asma tutmalarını önləyir.

Həzmə kömək edir

Kivi, həzm üçün lazım olan liflə zəngindir. İçərisində aktinidin adı verilən proteolitik enzim, proteini parçalamağa yardımçı olur və bu da həzm müddətini sürətləndirir. Kivi, qıdalardaki bəzı proteinlerin xüsusilə qatıq, pendir, balıq və çiy yumurta həzmində köməkçi olur. Proteinin həzminə kömək etməklə bərabər qəbzliyin qarşısını alır. 

Qan şəkəri səviyyəsini tənzimləyir

Kivi diabetli şəxslər tərəfindən istifadə edilə bilər. Qlisemik indeksi 47-58 arasındadır. Buna görə qan şəkəri səviyyənizi qətiyyən yüksəltməz.

Yüksək lif və aşağı karbohidratlara sahib olan kivi qan şəkəri səviyyəsini kontrol altına alaraq xolesterolü aşağı salır. Həmçinin, diabetlə əlaqədar narahatlıqları da müalicə edir. Kivi tərkibindəki təbii birləşmələr sayəsində yara sağaltma müddətini inkişaf etdirir.

Yuxu keyfiyyətini artırır

Yuxu problemi ilə üzləşənlər üçün kivi gözəl bir çözüm yolu ola bilər. Onun tərkibində yuxu pozuqluqlarında yararlı olan antioksidantlar və serotonin kimi tibbi baxımdan faydalı bir çox birləşmə var. Yatmazdan 1 saat öncə 2 kivi yeyin.

Ürək damar sağlığını dəstəkləyir