Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 23 Fev 2018 23:02:00 211 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 67,53 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 66,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 22-də 62,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.