Proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar


Digərləri 23 Fev 2018 22:38:00 209 0

Proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar

Robot ölənlərin səsi ilə danışacaq və sadə söhbətlər edəcək

İsveçli proqramçılar ölən şəxslərin elektron nüsxəsi ola biləcək robot hazırlayırlar.

Son.az report.az-a istinadən bildirir ki, mütəxəssislər əvvəlcə mərhumun yaxınlarının və tanışlarının dəfn mərasiminin təşkili ilə bağlı suallarını cavablandıra biləcək nitq proqramı hazırlamaq istəyiblər. Daha sonra proqramçılar, mərhumun səsi ilə danışan və sadə söhbətlər edə biləcək robot hazırlamaq qərarına gəliblər. Neyron şəbəkə verilən sualları tanıyacaq və ölən şəxsin həyatda ikən işlətdiyi ifadələrdən ibarət bazada ona cavab axtaracaq.

Texniki mütəxəssislər İsveçin "Feniks" dəfn bürosu şəbəkəsi ilə birgə işləyir. Şirkət rəhbəri Şarlotta Runiusun sözlərinə görə, indi büro səsləri lentə köçürüləcək və proqramla işlənib hazırlanacaq 10 könüllü şəxs axtarır. Süni intellekt, bu insanların ölümündən sonra onları təqlid edə biləcək.