Azərbaycan XİN: Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb


Siyasət 23 Fev 2018 22:20:00 262 0

Azərbaycan XİN: Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb

Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin nağıllara müraciət etməsi təəccüblü deyil: "Çünki Ermənistanın mifik nağıllar dünyası əsasında özünə reallıq qurması heç kimə sirr deyil. Ermənistanın iddia etdiyi məntiqsizlik ancaq nağıllarla izah edilə bilər. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin bu kimi nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb".

XİN rəsmisi əlavə edib ki, BMT TŞ-nin qətnamələrində olduğu kimi, Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini oxuyub başa düşmək əvəzinə Ermənistan XİN rəhbəri nağıllar və əfsanələrə müraciət edir:

"Avropa İttifaqının Brüssel sammitinin yekun bəyanatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə münasibətdə Aİ öhdəliyi bir daha ifadə olunur".