Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb VİDEO


Digərləri 23 Fev 2018 22:14:00 251 0

Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb  VİDEO

Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır.

Son.az bildirir ki, bu barədə Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi məktəblərə valideyn müraciəti çox olduğundan həmin məktəblərə ərazi prinsipi tətbiq edilir. Yəni qəbul zamanı daha çox həmin ərazidə yaşayanların övladlarının oxumasına üstünlük verilir.

Məhəbbət Vəliyeva həmçinin onu da qeyd edib ki, bu il Bakı məktəblərinin birinci­ sinfinə təxminən 46 m­in uşağın qəbulu gözlənilir. Onların yarıdan çoxu məktəbəhazırlıq təlimlərində iştirak etdiyindən avtomatik ola­raq birinci sinifə qəb­ul olunublar.