Nəvəsi ilə evlənibmiş


Digərləri 23 Fev 2018 21:54:00 222 0

Nəvəsi ilə evlənibmiş

ABŞ-ın Florida ştatında ağlasığmaz bir hadisə baş verib. Özündən 44 yaş kiçik bir qadınla evli olan adam keçmiş ailə albomuna baxanda şok həqiqətlə üzləşib. Həmin həqiqət isə qadının onun bioloji nəvəsi olmasıdır. 

Son.az musavat.com-a istinadən bildirir ki, 68 yaşlı milyonerlə 24 yaşlı həyat yoldaşı bu həqiqəti üç ay öncə fərq ediblər. Hadisə belə baş verib: ər-arvad köhnə ailə albomuna baxırlarmış. Adam ilk həyat yoldaşından olan və illərdir üzünü görmədiyi oğlunun şəklini arvadına göstərərək, "şəkildəki böyük oğlumdur" deyib. Qadın isə "bu adam mənim atamdır" söyləyib. Hər ikisi bu gerçək qarşısında şoka düşsələr də, boşanmağı düşünmürlər. Cütlük bir evləndirmə agentliyində tanış olub. Kişi həyat yoldaşı ilə evlilik anı barədə bunları deyib: "Onun şəklini ilk dəfə gördüyüm zaman özümü qəribə hiss etdim, dejavu oldum (daha öncə bu anı yaşama hissi). Tanımırdım, amma ailəmdən biri kimi idi sanki".