Qadın makiyajdan istifadə etmirsə...


Digərləri 23 Fev 2018 21:27:00 281 0

Qadın makiyajdan istifadə etmirsə...

Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verdiyini demək olar.

Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbərləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ətraf mühitdən də çox şey asılıdır. Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edibsə, sonradan kosmetikadan istifadə ona qəribə gəlir. Kişi kollektivində çalışan qadınlar hərdən "daxillərindəki naz-işvəni" unudurlar. Makiyajın yoxluğu feminizmin də əlaməti ola bilər. Kişi ilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini kosmetikadan imtina etməyə sövq edir. Bir qayda olaraq, belə qadınlar karyeranı həyatlarında ən dəyərli meyar sayırlar. Dodaq boyasından və tuşdan imtina edirlər.