Uşaqların ifasında “Xocalı” adlı tamaşa təqdim olunacaq


Kriminal 23 Fev 2018 20:27:00 272 0

Uşaqların ifasında “Xocalı” adlı tamaşa təqdim olunacaq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral saat 15:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  26 fevral-Xocalı soyqırımına həsr olunmuş "Xocalı" adlı  tamaşa təqdim olunacaq.

Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay" teatr - studiyası tərəfindən hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi,  studiyanın bədii rəhbəri Larisa Tarusovadır.