Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu


Dünya 23 Fev 2018 20:18:00 243 0

Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu

Türkmənistanda aidiyyəti qurumlar qadın sürücülərin vəsiqələrinin etibarlılıq müddətinin uzadılmasını dayandırıb.

Mİlli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "Alternativnıye novosti Turkmenistana" nəşrinin saytı məlumat yayıb.

Türkmənistanda sürücülük hüququ məhdud müddətə - 10 il müddətinə verilir.

Məlumata görə, qadınlar vəsiqənin etibarlılıq müddətinin uzadılması üçün dövlət yol polisi müfəttişliyinə müraciət etsələr də, orada əyləşən məmurlar yuxarıdan bu barədə göstərişin gəldiyini əsas gətirərək, ərizələri qəbul etmir.

Müfəttişlik konkret olaraq kimin bu barədə göstəriş verdiyini açıqlamır.

Şikayətçilərin sözlərinə görə, onlar kömək üçün hüquqşünaslara üz tutsa da, yalnız məhkəmə və prokurorluğa ünvanlanan ərizəni doldurmağa kömək edə biləcəklərini deyir və hökumətin təzyiqlərindən qorxaraq qadın sürücüləri tam olaraq dövlət qurumlarında və ya məhkəmədə təmsil etməkdən boyun qaçırırlar.