Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb FOTO


Digərləri 23 Fev 2018 19:54:00 381 0

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb  FOTO

Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak edib. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonlardan olan idmançılar iştirak edib. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:

Kişilər arasında:

I yer - Bakı II

II yer - Bakı I

III yer - Sumqayıt

Qadınlar arasında:

I yer - Bakı I

II yer - Sumqayıt

III yer - Bakı II

Qarışıq qoşa yarışlarda:

I yer - Qafarlı Yusif - Qarayeva Nəzakət

II yer - Allahverdiyev Vəzir - İmanova Məryəm

III yer - Şahgəldiyev Əliverdi - Şirinova Şərmin

Qoşa yarışlarda:

Kişilər arasında:

I yer - Şahgəldiyev Əliverdi - Həsənov Nurlan


Xəbərə aid fotolar