48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb


Digərləri 23 Fev 2018 19:36:00 272 0

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Ağdam Pambıq emalı müəssisəsində 48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə bu gün saat 17.30 radələrində baş verib.

Ağdam rayon Xındırıstan kənd sakini 1970-cı il təvəllüdlü Həsənova Svetlana Qara qızı işlədiyi Ağdam Pambıq emalı müəssisəsində əl barmaqlarının emal avadanlığının arasında qalması nəticəsində kəsilmiş deşilmiş yara diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.